Hörmətli izləyicilərimiz,
Qarşıdan gələn böyük tədbir haqqında sizinlə məlumat bölüşmək istərdik.

Yaponiya Səfirliyi və bir sıra yapon döyüş sənətləri federasiyalarının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı, JTI Azərbaycan, Toyota Bakı Mərkəzi, YAR Energy, Travelaze şirkətlərinin dəstəyi ilə Azərbaycanda ilk dəfə bir çox budo növlərini (yapon döyüş sənətlərini) bir araya gətirəcək 1-ci Azərbaycan Budo Festivalı keçiriləcəkdir. Festivalın tarixi və məkanı: 5 oktyabr (şənbə), Bakı İdman Sarayı.


Qeyd: İnformasiya dəstəyi olan yapon.az-ın, tədbirdə əyləncəli performans ilə çıxışı gözlənilir. yapon.az stendində Yaponiya ilə bağlı bir çox maraqlı informasiyalar əldə etmək ilə yanaşı, hədiyyələr qazanmaq şansına sahib olacaqsınız.


Festivalda Karate, Cüdo, Kendo, Aikido, Ciu-citsu, sumo kimi yapon döyüş sənətləri nümayiş olunacaq, Yaponiya və yapon mədəniyyəti təbliğ olunacaqdır. Festival haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən Festivalın Facebook və İnstagram səhifələrini izləməyinizi xahiş edirik. Hər birinizi tədbirdə görməkdən məmnun olarıq!

Facebook səhifəmiz

Instagram səhifəmiz