Proqrama sənəd qəbulu davam edir!!
Sənəd qəbulu 10 iyun, 2019-cu ilədək davam edəcək!
2020-ci il TEXNOLOGİYA KOLLECLƏRİNDƏ təhsil
üzrə Yaponiya Dövlət Təqaüd proqramı

- Nə proqramıdır?
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin xarici tələbələr üçün təqdim etdiyi Yaponiyanın texnologiya kolleclərində texnologiya kolleci tələbəsi statusunda təhsil almaq üçün nəzərdə tutulmuş təqaüd proqramı
Qeyd: Proqramda 1 illik hazırlıq təhsili aldıqdan sonra, birbaşa kollecin 3-cü kursunda təhsil almaqla 3 illik ixtisas təhsili nəzərdə tutulur. Dəniz mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyən şəxslərdə isə ixtisas təhsili 3.5 ildir. - Bu kolleclərin əsas məqsədi nədir?
Bu kolleclərin əsas məqsədi texnologiya sahəsində ixtisaslı kadrların, mühəndislərin yetişdirilməsidir. Əsas məqsədlərdən biri kadrların öz ixtisaslarına uyğun dərin bilikləri mənimsəməsi, müəyyən texnologiya sahəsi üzrə bacarıq və qabiliyyətlərini təkmilləşdirməsidir. - Nə kimi üstünlükləri var?
• Universitetlər kimi burada da 11 illik orta məktəb təhsilini bitirmiş şəxslər təhsil alıb, 5 illik təhsil ərzində öz ixtisas sahələri üzrə tam bacarıqlı kadr kimi bütün bilik və bacarıqlara (nəzəri bilik və praktika) dərindən yiyələnmə imkanı
• Texnologiya kollecləri arasında keçirilən Ümumyaponiya Robot, Proqramlaşdırma, Dizayn yarışması kimi yarışlarda iştirak və daim təkmilləşmə imkanı
• Məzunlara Yaponiya sənayə və texnologiya sahələrindən böyük tələbat və maraq vardır. Bunun nəticəsində, məzunların müvafiq
sənaye sahəsi üzrə işlə təmin olunma faizi demək olar ki, 100%-dir.
• Kolleci bitirdikdən sonra əlavə olaraq 2 illik “İntensiv Təkmilləşdirmə Kursu” təhsili almaq və ya Yaponiya universitetlərində bakalavr dərəcəsi üzrə təhsili davam etdirmək
• Akkreditə olunmuş Texnologiya kollecləri universitetlərin texnologiya təhsil proqramları standartlarına və beynəlxalq standartlara uyğun gəlir. - Kimlər üçün nəzərdə tutulub?
11 illik orta məktəb təhsilini bitirmiş və hər hansısa sənaye, istehsal və texnologiya üzrə dərin ixtisas biliklərinə yiyələnmək istəyən insanlar üçün nəzərdə tutulan 5 illik ixtisas təhsilidir. MEXT
proqramına müraciət edəcək şəxslər üçün isə kollecin 3-cü kursundan başlayan 3 illik (bəzi hallarda 3.5 il) təhsil olacaqdır. Yaponiyada texnologiya kolleclərində təhsil almış şəxslər univrsitetin bakalavr dərəcəsində təhsil almış şəxslərlə müqayisədə öz ixtisasları ilə bağlı daha çox praktik biliyə malik olurlar. Kolleclərdə dərs cədvəlinin böyük hissəsi fabric, zavod və digər istehsal sahələrində praktik məşqlər keçməkdən ibarət olduğu üçün, nəzəri biliklərin tətbiqi məsələsində çox effektiv bir təhsil pilləsi olduğu düşünülür. - Niyə məhz MEXT Təqaüdü?
① Yaponiyaya gediş və qayıdış aviabiletləri
② Təhsil haqqından azad olma
③ Aylıq təqaüd: 117000 yapon yeni
Proqramın (təqaüdün) müddəti
4 il: Aprel, 2020-ci il ~ mart, 2024-cü il (1 il Yaponiyada yapon dili və ya digər
fənlər üzrə Hazırlıq Təhsili bu müddətə daxildir.)
Dəniz mühəndisliyi ixtisası üzrə müraciət edəcək şəxslər: 4.5 il (Aprel, 2020-ci il ~
sentyabr, 2024-cü il ((1 il Yaponiyada yapon dili və ya digər fənlər üzrə Hazırlıq
Təhsili bu müddətə daxildir.) - Hansı sahələr və ixtisaslar üzrə təhsil almaq olar?
İxtisas seçimləri aşağıdakı sahələr üzrə ola bilər:
A) Mexanika Mühəndisliyi
B) Elektrik və Elektronika Mühəndisliyi
C) İnformasiya, Kommunikasiya və Şəbəkə Mühəndisliyi
D) Materialşünaslıq Mühəndisliyi
E) Memarlıq
F) İnşaat Mühəndisliyi
G) Dəniz Mühəndisliyi
H) Digər Sahələr

- Kimlər müraciət edə bilər?
Yaş həddi 1995-ci il 2 aprel tarixindən sonra anadan olmuş şəxslər (17-25 yaş)
Milliyyət Ancaq Azərbaycan vətəndaşları proqrama müraciət edə bilərlər.
Müraciətçiyə olan digər şərtlər:
• 11 illik təhsili bitirmiş və ya 2020-ci ilin mart
ayınadək bitirəcək şəxslərin verməsi gözlənilir. - Seçim prosesinin gedişatı
*Sənəd qəbulunun başlanması (artıq başlayır)
*İlkin sənəd qəbulunun son tarixi (10 iyun)
*Yazılı İmtahan (15 iyun)
*Yazılı İmtahannəticələrinin elan olunması. İmtahandan keçən şəxslərin qalan sənədləri təqdim etməsi (28 iyunadək)
*Müsahibə (28 iyun)
*1-ci mərhələ- Səfirlik mərhələsi : qaliblərinin elan olunması (iyulun əvvəlləri)
*2-si Seçim (MEXT Seçim) Mərhələsi.Yekun nəticənin elan olunması (yanvar, 2020)
*Yaponiyaya yola düşmə (aprel, 2020)
- Hansı sənədləri təqdim etmək lazım olacaq? Daha ətraflı məlumat üçün yüklə : Məlumat kitabçası
- Əlavə məlumat
Əlavə məlumat üçün Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqə saxlaya bilərsiniz.
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
Mədəniyyət və Təhsil şöbəsi
Əlaqə nömrəsi: +994 12 490 7819 (daxili nömrə:2)
Elektron ünvan: culture-info@bk.mofa.go.jp
Qeyd: Zəng etməzdən əvvəl yazılanları diqqətlə oxumağınızı xahiş edirik. Sizi maraqlandıran suala cavab artıq qeyd olunmuş ola bilər.
Səfirliyə gələrək sənədləri təhvil verəcək şəxslər: Sənədləri həftəiçi hər gün (həftə
sonları və qeyri-iş günlərini çıxmaq şərtiylə) 09:00-12:50 və 14:00-17:30 saatlarında
təhvil verə bilərsiniz.