Gün keçmir ki Yaponiyanın kəşf edərək dünyaya təqdim etdiyi texnologiya təəccüb doğurmasın. Saç uclarınız sizin sağlam olub-olmadığınızı göstərir.

Şiqa Universitetinin tədqiqat qrupu bildirib ki, insan stressli olanda bədən hormonlar ixrac edir. Bu hormonlar saç uclarında toplanır. Ona görə də saç uclarını yoxlayaraq stressin səviyyəsini ölçmək mümkündür. Tədqiqat qrupunun hazırladığı yeni dərman preparatı və cihaz buna imkan verir. Belə ki, dərman preparatını 3-4 ədəd saç telinin ucuna çəkdikdən sonra rahatlıqla stressin dərəcəsini cihazla müəyyən etmək olur.

Saç bir ay ərzində bir santimetr uzandığı üçün saç tellərini bir santimetr kəsərək nə zaman güclü stress yaşandığını öyrənmək olar. Qrupun dediyinə əsasən, 6 ay əvvəl yaşanan stressi də öyrənmək mümkündür. Bununla da “stressə qarşı nələr etmək lazımdır”, – deyə müayinəyə gələnlər streslərdən rahatlıqla azad ola biləcəklər.

Gülşən Cabbarlı © yapon.az 2019