Yaponlar bunu da elədi! “Tezliklə həkim nəzarətinə ehtiyacım varmı?” deyə düşünən yaşlı insanların səhhətini yoxlaya bilən alət – Tanita

Tanita aləti

Tanita adlı şirkət yaşlı insanların tibbi qayğıya ehtiyacı varmı, bədəni zəifləməyə başlayıbmı deyə təhlil edə bilən alət ixtira edib. Bu alət, çəki aləti ilə eyni formaya sahibdir. Alətin üzərinə çıxıb, qulplarından yapışıldığı zaman ayağın altı və əllərin içinə şüa yayılır. Beləliklə, bədən əzələlərinin keyfiyyətini ölçə bilir. Bədən tarazılığını tez-tez pozurmu deyə bədənin balansını yoxlamaq kimi funksiyaya da sahibdir.

Bu günə kimi digər alətlər vasitəsilə yoxlanıldıqdan sonra həkimlər hesablama aparırdı. Lakin bu alət ilə həkim yanına getmədən və hesablama aparmadan nəticəni dərhal öyrənmək olacaq. Şirkət alət vasitəsilə bədənin zəiflədiyini aşkarladıqdan sonra yaşlı insanları idman etdirərək, bədəni gücləndirirək, onlara daha uzun ömür yaşamağa vəsilə olacaqlarına inanırlar.

Gülşən Cabbarlı © yapon.az 2019