Fukuiken prefekturasında, keçən ilin Sentyabr ayında kahin iş kimonosu ilə maşın sürərkən polis tərəfindən saxlanılıb.

JudgeGeneric_large.jpg

Maşın sürməyi çətinləşdirən geyim ilə maşın sürərək yol hərəkət qaydasını pozduğuna görə cərimələnib. Lakin kahin, belə qanunun olduğunu bilmədiyini qeyd edərək cəriməni ödəməyi rədd etdi. Polis bəyanatına görə kimononun ayaq hissəsi dar olur və təhlükə şəraiti yaratmadan sürməyin mümkünsüzlüyü səbəbi ilə kahini saxlayıb, cərimə tətbiq etməyi uyğun görübdür. Cərimə ödəmədiyinə görə kahinin işi Ümumi İşlər Məhkəməsinə təqdim edilib. Dünən məhkəmədə kahinin işləri üzrə aparılan araşdırma sonlandırıldı. Belə ki, dəlillərin yetərsiz olması səbəbi ilə cərimə ödəməkdən azad edilib.

Xəbər : Gülşən Cabbarlı