(JLPT) YAPON DİLİ SƏVİYYƏ İMTAHANINA QEYDİYYAT BAŞLADI! 11.09.2017-22.09.2017
Bu il Yapon dili Səviyyə İmtahanı 3 dekabr (bazar günü) keçiriləcəyi planlaşdırılır.
1. İmtahan üçün müraciət
İmtahan ərizə vərəqəsini əldə etmək istəyənlərin nəzərinə!
İmtahan müraciət vərəqəsinin qiyməti 1 AZN təşkil edir.
[Satış müddəti] 11.09.2017 – 22.09.2017, həftənin bazar ertəsindən cümə günününədək (şənbə və bazar günləri istirahət günləridir)
[Satış məntəqəsi] Yaponiyanın Azərbaycandakı Səfirliyi, 5-ci mərtəbə (saat 11:00 –dan 15:00 – dək)
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Hyatt Bina III, 5-ci mərtəbə
2. Müraciət qaydası və lazımı sənədlər
1) Doldurulmuş ərizə vərəqəsi
2) İki ədəd 3×4 sm fotoşəkil
3) İmtahan ödəniş haqqı
Yuxarıda sadalanan sənədləri hazırlıyaraq, aşağıda qeyd olunan ünvana təqdim etməyiniz xahiş olunur.
Bildirmək istərdik ki, ödəniş haqqı imtahan səviyyəsinə görə fərqlənir.
N1: 20 AZN
N2: 20 AZN
N3: 15 AZN
N4: 15 AZN
N5: 15 AZN
[Sənəd qəbulu müddəti] 11 sentyabr, 2017-ci il (bazar ertəsi) – 22 sentyabr, 2017-ci il (cümə) kimi (Şənbə və Bazar istirahət günləridir)
[Qəbul saatları] 11:00-dan 15:00 -dək
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Hyatt Bina III, 5-ci mərtəbə
3. İmtahan proqramı:
İmtahan günü: 2017-ci il 3 dekabr (bazar günü)
İmtahan vaxtı: saat 12:00-dan – 16:00-dək
İmtahan yeri: Bakı Dövlət Universiteti
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 23.
Ətraflı məlumat ilə aşağıda tanış ola bilərsiniz.
Əlavə məlumat almaq istəyənlər JLPT İmtahanı Təşkilat Komitəsi ilə əlaqə saxlaya bilər:
E-mail : jlptazerbaijan@gmail.com, Facebook
© yapon.az 2017